Azərbaycanda çay evində QANLI HADİSƏ - 1 nəfər öldü


Bakıda çay evində qətl törədib.

Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayan İsgəndərov Əfqan Suvarağa oğlu paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 112 b ünvanında yerləşən "Dəfnə" çay evində taksi sürücüsü tərəfindən bıçaqlanıb.

Ə.İsgəndərov təcili yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top