“Ayıb olsun” - Ölüm xəbəri yayılan Xalq artisti


Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. 

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Xalq artisti C. Zeynallı "Qafqazinfo"ya açıqlamasında yayılan xəbərlərin dezinformasiya olduğunu bildirdi: "Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensassiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası kəsilmir. Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə salıb sosial şəbəkədə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?". 

DİGƏR XƏBƏRLƏR

Top