
Qobustan rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təffərrüatları məlum olub.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, Nərimankənd kəndində kişi öz bacısı,1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızını və qardaşı 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğlunu bıçaqlayıb.
Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisə mülk məsələsinə görə baş verib.