Bakıda "London taksi" avtomobili piyadanı vurub


Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıxanov qəsəbəsində "London Taksi" avtomobili yolu keçmək istəyən piyada, 1989-cu il təvəllüdlü Əkbərli Sərvan Vidadi oğlunu vurub.

Dizindən xəsarət alan yaralı dərhal xəstəxanaya çatdırılıb. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top