Rusiyada məşhur geyim mağazalar şəbəkəsinin reklamında hicablı qızın çəkilməsi ölkədə mübahisələrə səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada ilk dəfə hicablı qız reklama çəkilib. Ölkə vətəndaşları isə bəhs edilən hadisəni birmənalı qarşılamayıb. Onlar bildirib ki, hicab Rusiyanın milli mentalitetinə uyğun deyil. Reklamın yayımdan təcili götürülməsi tələb edilsə də şirkətin qurucusu Vladimir Malnikov hər dinə hörmətlə yanaşmanın vacib olduğunu bildirib: "Rusiyada 30 milyona yaxın müsəlman yaşayır. Hər dinə, irqə hörmətlə yanaşmaq lazımdır. Belə bir reklam çəkməyimizin əsas səbəbi şirkətimizin hazırladığı geyimlərin hər kəsə uyğun olduğunu bildirməkdir".