
Türkiyədə sərnişin daşıyan iki avtobus sürücünün dalaşdığı anlar kameraya yansıyıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manisa şəhərində iri rəqib firmanın avtobus sürücüləri sərnişin səbəbilə dava ediblər. Qısa vaxtda böyüyən mübahisədən sonra sürücülər bir-birinə bıçaq və dəyənəklə hücum ediblər. Sərnişinlərə qorxulu anlar yaşadan həmin anlar mobil telefon kamerası tərəfindən qeyd edilib.