
İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi əməliyyatı qabaqlayıcı templərlə gedir. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İraqın baş naziri Heydər əl-İbadi deyib. O bildirib: “Üç gün əvvəl İraqda İŞİD tərəfindən iki il öncə tutulmuş Mosulun azad edilməsi uğrunda hücuma başlamağı tapşırdım. Qüvvələrimiz şəhər istiqamətində irəliləyişə başladı və hazırda onlar gözlədiyimizdən və planlaşdırdığımızdan sürətlə irəliləyirlər”. Baş nazir əməliyyatda iraqlı hərbçilərlə yanaşı “peşmərgə” kürd silahlı bölmələrinin iştirak etməsini səciyyəvi fakt adlandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz