Məktəblərdə risk qrupuna daxil edilən şagirdlər müəyyənləşdiriləcək - ƏMR


Məktəblərdə psixoloji, hissi-emosional vəziyyətinə görə risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlər müəyyənləşdiriləcək.

Bu, “2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında” Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrdə əksini tapıb.

Əmrdə bildirilib ki, həmin şagirdlərin hər biri üçün valideynlərin iştirakı ilə fərdi pedaqoji-psixoloji bərpa planı hazırlanıb həyata keçiriləcək. 

Eyni zamanda əmrdə qeyd edilib ki, məktəblərdə valideynlər üçün uşaqların yaş, psixoloji və fizioloji xüsusiyyətlərinə dair maarifləndirmə tədbirləri təşkil olunsun, valideynlərin məktəb həyatında, övladlarının təlim-tərbiyəsində yaxından iştirakı təmin edilsin və məktəb-icma münasibətləri inkişaf etdirilsin. (APA)

DİGƏR XƏBƏRLƏR

Top