13 yaşlı qatil: Məni həmişə təhqir edirdilər


Erik Smit 13 yaşında işlədiyi dəşhətli cinayətə görə ömürlük həbs edilən azyaşlı qatillər sırasındadır.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Erik Smit hələ 13 yaşında ikən 4 yaşlı uşağı qaçırdaraq işgəncə ilə öldürüb. Həmin hadisədən sonra ömürlük həbs edilən Erikdən nə üçün cinayət işlədiyi soruşulduqda isə belə cavab verib: "Tünd sarı saçlarımla, eynəyimi hamı lağa qoyurdu. Zəif və sakit olduğum üçün isə hamı tərəfindən təhqir edilirdim. Bütün bu hadisələr məni psixoloji travmalara məruz qoydu".
Qeyd edək ki, dünyada bir çox azyaşlı qatillər olub. Con və Robert adlı 10 yaşında cinayət işləyən iki dostu buna misal göstərə bilərik. Onlar balaca uşağı döyüb öldürdükdən sonra cəsədini qatar yolunun üstünə atmışdılar.

DİGƏR XƏBƏRLƏR

Top