Əfqanıstanda partlayış - 16 ölü, 119 yaralı


Əfqanıstanın paytaxtı Kabildə bomba partladılıb və nəticədə 16 nəfər ölüb, 119 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi açıqlama verib. O bildirib ki, avtomobildə quraşdırılan bomba bir çox beynəlxalq tədbirlərin keçirildiyi və qonaq evlərinin olduğu "Green Village" adlı ərazidə partladılıb. N. Rahimi partlayış zamanı dünyasını dəyişən və yaralananların əksəriyyətinin mülki şəxslər olduğunu bildirib.
O, partlayışdan sonra hücuma keçmək istəyən 5 terrorçunun öldürüldüyünü, və sözügedən ərazidə məskunlaşmış 400 xarici vətəndaşın xilas edildiyini vurğulayıb.
Qeyd edək ki, partlayışı Taliban terror təşkilatı öz üzərinə götürüb və hədəflərinin xarici qüvvələr olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top