Zelenski və xanımından jurnalistlərə sərt müdaxilə - VİDEO


Xəbər verdiyimiz kimi, dünən Ukrayna prezienti Vladimir Zelenski və ölkənin birinci xanımı  Elena  Zelenski övladları Kiril Zelenskini məktəbə aparıblar.
Yeniavaz.com Ukrayna mətbuatına istinadən bildirir ki, Prezident və xanımı onları çəkmək istəyən jurnalistlərə mane olublar. Vladimir Zelenski jurnalistlərin üzərinə yeriyərək yüksək səslə onlardan "Niyə oğlumu çəkirsən?", - deyə soruşub. Jurnalistlər isə oğlunu deyil, onu özünü çəkmək istədiklərini bildiriblər. Lakin Ukrayna Prezidenti buna da imkan verməyib.
Daha sonra Ukraynanın birinci xanımı  lena Zelenski onu çəkməyə çalışan jurnalistin vide-kamerasını əli ilə itələyib.
Qeyd edək ki, Ukrayna Prezidentinin oğlu  "Novopeçerskoy" məktəbində oxuyur. Bu məktəbdə təhsil haqqı 12 min dollara bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top