Bu ərazilərdə qaz kəsiləcək


Ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı bu gün saat 11:00-dan 12:00-dək Bakının Binə kəndində, saat 12:00-dan 13:00-dək Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-dən Yeniavaz.com-a verilən məlumata görə, sözügedən işlərin aparılması ilə bağlı saat 14:00-dan 16:00-dək Hövsan qəsəbəsi və kəndində də qaz təchizatı dayandırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top