
Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrində işıqforların işində problemlər yaranıb. 
Yeniavaz.com xəbər verir ki, hazırda 9 küçəs və prospekt kəsişməsində işıqforlar işləmir:
1. H.Zərdabi küçəsi-A.Abbasov küçəsi
2. Azadlıq prospekti-N.Gəncəvi küçəsi
3. 28 may küçəsi-A.Puşkin küçəsi
4. A.Puşkin-Ə.Xəqani küçəsi
5. Azadlıq prospekti-Y.V.Çəmənzəminli küçəsi
6. Azadlıq prospekti-M.Araz küçəsi
7. M.K.Atatürk prospekti-M.Araz küçəsi
8. Azadlıq prospekti-M.Mirqasımov küçəsi
9. Ş.İ.Xətai prospekti-N.Quliyev küçəsi
Onların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən bərpa işlərinə qədər ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz