Çinin mərkəzi polis təşkilatı yeni dərs ilinin ilk günündə bir nəfərin məktəbə hücum etdiyini və 8 uşağın öldürüldüyünü bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Hubei əyalətinin Enşi şəhərində baş verib. Bazar ertəsi saat 8 radələrində Çaoyanqpo kəndində 40 yaşlı Yu ibtidai siniflərin təhsil aldığı məktəbə silahlı hücum edib. Nəticədə 8 uşaq ölüb, 2 nəfər isə yaralanıb.
Bildirilib ki, cinayətkar Hubei həbsxanasından yenicə azadlığa buraxılıb. Hadisənin səbəbləri araşdırılır.