Davutoğlu AKP-dən xaric edilir


Əhməd Davudoğlunun Ədalət və İnkişaf Partiyasından (AKP) xaric olunması ilə bağlı məsələ qaldırılıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi keçirilən partiyanın İdarə Heyətinin iclasında AKP-dən 4 nəfərin kənarlaşdırılmasına dair tələb müzakirə edilib.  Əhməd Davudoğlu, Ayxan Səfər Üstün, Abdullah Başçı və Səlcuq Özdağın partiyanın Nizamnaməsinə zidd davranış və çıxışlarına görə, AKP-dən xaric edilməsinə dair Mərkəzi İntizam Komitəsinə müraciət edilib.

Adıçəkilən şəxslərdən yazılı və şifahi müdafiələri istəniləcək. Əgər cavab alınmazsa avtomatik olaraq partiyadan xaric ediləcəklər.

Xatırladaq ki, Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu son günlər iqtidar əleyhində çıxışlar edir, hökuməti tənqid edir. O bir neçə çıxışı zamanı yeni partiya quracağını da açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top