Mxitaryan "Roma"ya keçdi


Londonun "Arsenal" klubu bu ilin mayında futbol üzrə Avropa Liqasının final matçında iştirak üçün Bakıya gəlməkdən imtina edən Ermənistan əsilli yarımmüdafiəçi Henrix Mxitaryanın xidmətindən imtina edib.

Xatırladaq ki, erməni yarımmüdafiəçi mayın 29-da Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən final matçında "təhlükəsizlik səbəbi"ni bəhanə gətirərək iştirak etməyib. Baxmayaraq ki, Avropa Liqasının Bakı finalının təşkilatçıları və UEFA bunun üçün Mxitaryana bütün lazımi zəmanəti vermişdi. Avropa Liqasının Bakıda keçirilən final matçında "Arsenal" digər London klubu olan rəqibi "Çelsi" tərəfindən 1:4 hesabı ilə darmadağın edilib.

Bakıda keçirilən final matçının iştirakçısı olan London "Arsenal"ı erməni futbolçunu İtaliyanın "Roma" klubuna icarəyə verir. "Sky Sports" nəşri yazıb ki, futbolçu bu gün, sentyabrın 2-də italyan klubunun rəsmi ofisində olub və yaxın vaxtlarda saziş imzalamaq niyyətindədir.

Qeyd edək ki, İngiltərə premyer-liqasında tranfer pəncərəsi avqustun 8-də bağlanıb. Amma Avropa milli çempionatlarının, o cümlədən "A" seriyasının transfer pəncərəsi hələ açıqdır.

İngilis klubları artıq oyunçu almaq hüququna malik deyillər, lakin onları digər Avropa klublarına sata bilərlər. Mxitaryanın London "Arsenal"ı ilə müqaviləsi 2020-2021-ci il mövsümünün sonunadək nəzərdə tutulub, lakin minimum yaxın mövsümü o, İtaliyada keçirəcək.

Mxitaryanın "Roma"ya transferini İtaliya klubu da təsdiqləyib. Klubun rəsmi "Facebook" səhifəsində futbolçunun şəkli yerləşdirilib.//sputnik.az

DİGƏR XƏBƏRLƏR

Top