Volkan Dəmirəl karyerasını bitirib


Türkiyə milli komandasının sabiq futbolçusu Volkan Dəmirəl karyerasını başa vurub.

 “Fənərbağça” klubunun 37 yaşlı qapıçısı “transfer pəncərəsi”nin son günündə gələcəyi ilə bağlı vacib qərar verib.

“Sarı-lacivərdlilər”in rəzmlərindən birinə çevrilən veteran klubla yeni, fərqli müqavilə bağlayıb. O, “Fənərbağça”nın məşqçilər korpusunda yer alacaq. Uzun illər həm yığma, həm klubunun uğurlarında pay sahibi olan V.Dəmirələ vida tədbiri də təşkil olunacaq. Bu mərasimin tarixi və detalları hələ dəqiqləşməyib.

Qeyd edək ki, 2002-2019-cu illərdə “Fənərbaxça”da çıxış edən qapıçı 5 çempionluq, 2 kubok, 3 Superkubok qazanıb, 2004—2014-cü illərdə formasını geyindiyi milli ilə Avropa çempionatının bürünc mükafatçısı olub.//APA

DİGƏR XƏBƏRLƏR

Top