SÜD MÜRƏBBƏSİ necə hazırlanır?


Azərbaycan özünəməxsus milli mətbəxi ilə artıq bir çox dünya ölkələrini və respublikamıza gələn turistləri valeh edib. Milli mətbəximizdəki yeməklərlə yanaşı mürəbbə çeşidlərimiz ilə də seçilməyə nail olmuşuq. Azərbaycan xanımları qoz, qızıl gül ləçəkləri, əncir, alma və s. kimi bir çox qidalardan mürəbbə hazırlayırlar. Bəs süd mürəbbəsi necə? Hər nə qədər qulağa qəribə səslənsə də, süd mürəbbəsi də respublikamızda son illərdə hazırlanan mürəbbələr sırasına daxil olub.
Yeniavaz.com süd mürəbbəsinin asan hazırlanma üsulunu təqdim edir:

Lazım olan məhsullar:
1 litr süd
1 stəkan şəkər tozu
1 çay qaşığı çay sodası

Hazırlanması:
İlk növbədə 1 litr südü dərin bir qazana tökürük. Qaynamağa başlamamış içərisinə 1 stəkan şəkər tozunu əlavə edirik. Qaynamağa başladıqdan sonra isə 1 çay qaşığı sodası əlavə edirik (bu mərhələdə daşa bilər, diqqətli olun). Qatı bir hala gələnə kimi qaynadırıq. Daha sonra qazın üzərindən götürüb kənara qoyuruq.

Nuş olsun!

DİGƏR XƏBƏRLƏR

Top