ABŞ ordusu Türkiyədə 160 nəfəri işdən çıxaracaq


Türkiyənin Adana vilayətində yerləşən və ABŞ tərəfindən idarə olunan İncirlik Hərbi Hava Bazasından 150, Ankaradakı baş ofisdən isə (Office of Defense Cooperation Turkey - ABŞ-Türkiyə Müdafiə Müttəfiqliyi) 10 nəfər işdən çıxarılacaq.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər veirir ki, bunu Türk-İşin (Türkiyədə işçilərin hüquqularını qoruyan qurum) tabeçiliyindəki Türk Hərbi-İşin Adanadakı şöbəsinin müdiri Erdal Akalın deyib. O bildirib ki, amerikalı işəgötürən belə bir qərar verib: "İncirlikdəki amerikalı idarəçilər ixtisarlar edəcəklər. Bu, bizim də 160 vətəndaşımıza təsir edəcək. Bu cür ixtisarların hər zaman qarşısındayıq. Amerikalı işəgötürəni bu mövzuda daha həssas olmağa dəvət edirik. Belə bir hal baş versə belə işçilərin hüquqularının qorunmasına xüsusi diqqət yetirilməlidir. Əks təqdirdə tərəfimizdən sərt addımlar atılacaq".
Qeyd edək ki, İncirlik Hərbi Hava Bazası 1954-cü ildə Türk Silahlı Qüvvələri (TSK) və ABŞ Hava Qüvvələrinin xidmətində ortaq istifadəyə açılıb.

DİGƏR XƏBƏRLƏR

Top