Ərdoğan 5 il əvvəl sərt tənqid etdiyi vəkili alqışladı - VİDEO


Türkiyədə baş tutan açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Vəkillər Kollegiyasının başçısı Mətin Feyzioğluna münasibəti diqqət çəkib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın iştirak etdiyi açılış mərasimidə Mətin Feyzioğlu da çıxış edib. İllər əvvəl münasibətlərinin pisləşməsi ilə bu günə qədər bir-birinə sərt sözlər söyləyən Feyzioğlu və Ərdoğan bu dəfə daha səmimi görüntüləniblər. Mətin Feyzioğlu çıxışını bitirdikdən sonra Ərdoğan vəkili alqışlayıb.
Qeyd edək ki, təxminən 5 il əvvəl Türkiyə Vəkillər Kollegiyasının başçısı çıxış edərkən Ərdoğan onun sözünü kəsərək sərt tənqid etmişdi. Həmin illərdə Türkiyə prezidenti olan Abdullah Gül dəfələrlə Ərdoğanı sakitləşdirməyə çalışsa da buna müvəffəq olmamışdı.

DİGƏR XƏBƏRLƏR

Top