Nursultan Nazarbayevin qızına yeni vəzifə verildi


Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Senatın sədri seçilib.
Yeniavaz.com "TASS" agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan parlamentinin yuxarı palatasının deputatları səs çoxluğu ilə D.Nazarbayavnın namizədliyini təsdiqləyiblər.
Bildirilir ki, D.Nazarbayevanın namizədliyini hazırkı Prezident Kasım-Jomart Tokayev irəli sürüb.
Qeyd edək ki, D.Nazarbayeva bundan əvvəl Senatın Xarici İşlər, Müdafiə və Təhlükəsizlik komitəsinin sədri vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top