Tolikdən Bakı meriyasına ZİBİL İTTİHAMI: Yalan yerə büdcədən pul xərclədilər - VİDEO


Tanınmış prodüsser, aparıcı Tarix Əliyev (Tolik) "Instagram" hesabında Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı maraqlı iddia ilə çıxış edib. 

O, zibillərin çeşidlənməsi üçün paytaxta gətirilən zibil qablarındakı tullantıların digər zibillərlə eyni maşına boşaldıldığını bildirib və buna etiraz edib. Tolik BŞİH-in bu məqsədlə büdcədən aldığı maliyyə vəsaitinin boş yerə xərcləndiyinə diqqət çəkib.

"Zibillər eyni maşına qoyulub daşınır. Zibil qutularına büdcədən yalandan nə qədər pul xərcləndi, amma zibil maşınları eynidir", - deyə prodüsser deyib.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən BŞİH-in mətbuat katibi İsrafil Kərimov bu iddianı əsassız adlandırıb. Onun sözlərinə görə, pilot layihə çərçivəsində Nərimanov rayonuna çeşidli zibillərin yığılması üçün üç ədəd xüsusi zibil daşıyan avtomobil cəlb edilib:

"Bunlar narıncı rəngdədir və üzərində müvafiq olaraq, "karton", "şüşə", "kağız", "metal", "plastik" sözləri yazılıb. Bu avtomobillər gün ərzində çeşidli atılan zibilləri yığır. Layihədən əvvəl təkrar emala göndərilən tullantılar günlük iki ton idisə, hazırda bu rəqəm 20 tonu keçib. Bu iddianın heç bir əsası yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top