Almaniyada baş verən davaya görə azərbaycanlı jurnalist saxlanıldı - FOTO

20 avqust 2019-cu il tarixdə Deggendorfda afrikalılarla azərbaycanlılar arasında baş verən dalaşma faktına görə jurnalist Azər Kazımzadə saxlanılıb.

Yeniavaz.com “Legat” İnteqrasiya Mərkəzinə istinadən xəbər verir ki, bu barədə Deggendor Kriminal polisindən mərkəzə zəng edərək bildiriblər.

Bildiyiniz kimi həmin tarixdə Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı düşərgədə baş verən dava faktına görə, cinayət işi başlamış və davada iştirak edən 4 nəfər azərbaycanlı bu vaxta kimi həbs edilmişdi.

Mərkəzdən verilən məlumata görə, bu gün saxlanılan Azər Kazımzadə isə haqlı olaraq vəkilsiz ifadə verməkdən imtina etdiyini bildirib. O saxlandığını faktını təsdiq edib.

DİGƏR XƏBƏRLƏR

Top