Polis etiraz aksiyası keçirənləri dəyənəklə döydü - VİDEO


Etiraz aksiyalarının gündən-günə şiddətləndiyi Honq-Konqda polis vətəndaşları dəyənəklə döyüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Honq-Konqda etirazçılar polisin sərt müdaxiləsilə qarşılaşıb. Əldə düzəldilən müxtəlif partlayıcı maddələr atan şəxlərə plastik güllə və qaz bombaları ilə qarşılıq verilib. Metroda mitinq keçirməyə çalışanlar isə döyülərək həbs ediliblər. Etiraz aksiyaları səbəbilə bütün avia reyslər dayandırılıb. Vətənlərinə qayıtmaq istəyən turistlər hələlik ölkədən çıxa bilmir.

DİGƏR XƏBƏRLƏR

Top