Zelenskinin ailəsində xoş gün


Ukranya prezidenti Vladimir Zelenskinin oğlu birinci sinfə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin birinci xanımı Yelena Zelenskaya sosial şəbəkədə məlumat verib.
Y.Zelenskaya sevinc hissini belə ifadə edib: “Bu gün ailəmiz üçün xüsusi bir gündür. Oğlumuz Kirili birinci sinifə gedir. Bu gün ilk dəfə parta arxasında əyləşəcək, ilk müəllimini və sinif yoldaşlarını görəcək. O, son 12 ildə dostluğun və məyusluğun nə olduğunu dərk edib. Eyni zamanda ilk gəzintilərini valideynlərsiz davam etdirəcək. Kiril yalnız tədris planını öyrənməyəcək, eyni zamanda dəyişikliklərin baş verdiyi diyarda yaşamağı öyrənəcək. Uşaqlarımız bizim gələcək nəsillərimizdir. Onlar  sovet məhdudiyyətlərinin və mənasız əzbərləmənin nə olduğunu bilmirlər. İnanırıq ki, övladımız məktəbi sevəcək və həvəslə öyrənəcək. Sonda isə sevdiyi peşəni seçib, ölkəmiz üçün faydalı işlər görəcək”.
Qeyd edək ki, V.Zelenskinin Aleksandra adlı 15 yaşlı qızı da var.

DİGƏR XƏBƏRLƏR

Top