Falkao İstanbulda böyük coşğu ilə qarşılandı - VİDEO


Türkiyənin “Qalatasaray” klubunun yeni transferi Radamel Falkao İstanbula gəlib.

Kolumbiyalı futbolçunu Türkiyəyə xüsusi təyyarə gətirib.

İstanbula nəzərdə tutulduğundan təxminən 4,5 saat gec gələn R. Falkao hava limanında böyük coşqu ilə qarşılanıb. 

33 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra “Qalatasaray”la müqaviləyə imza atacaq. “Monako”dan transfer olunacaq forvardla anlaşma 2022-ci ilin yayına qədər nəzərdə tutulub.


APA

DİGƏR XƏBƏRLƏR

Top