Almaniyada yaşayan azərbaycanlı qadın pəncərədən yıxılaraq öldü - HAMİLƏ İDİ


Almaniyada yaşayan 32 yaşlı azərbaycanlı qadın pəncərə silərkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılaraq vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, 1 avqust 2019-cu il tarixində Berlin şəhərinin Rahnsdorf rayonunda yaşayan 32 yaşlı azərbaycanlı qadın pəncərə silən zaman ehtiyatsızlıqdan yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılmış və həlak olmuşdur. Təcili aparılmış qeysəriyyə əməliyyatına baxmayaraq qadının bətnindəki uşağı da xilas etmək mümkün olmamışdır. Hazırda hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırlar.
Qeyd edək ki, vəfat edən qadın əri və 1 uşağı ilə birlikdə yaşayırmış.

DİGƏR XƏBƏRLƏR

Top