Bakıda 17 yaşlı oğlan itkin düşüb.
Yeniavaz.com Publika.az-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinə müraciət edən Ağstafa rayon sakini Saday Qocayev oğlu, 2002-ci il təvəllüdlü Hikmətin itkin düşdüyünü bildirib. O, qeyd edib ki, oğlu Çobanzadə küçəsində yerləşən restoranda ofisiant kimi işləyir və avqustun 26-da günorta saatlarında işlədiyi yeri tərk edəndən sonra itkin düşüb.
Oğlunu axtaran ata onun xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.
Faktla bağlı araşdırma aparılır.