Qaxda yaşlı qadını çaqqal dişlədi


Qax rayon sakini çaqqal hücumuna məruz qalıb.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, rayonun 1962-ci il təvəllüdlü Əlibəyli kənd sakini Baraxaşvili Liya Solomon qızını bağda fındıq yığarkən çaqqal dişləyib.

Qax Rayon Mərkəzi Xəstəxanasına aparılan 57 yaşlı qadına ilkin tibbi yardım göstərilib və ona quduzluq əleyhinə vaksin vurulub. L.Baraxaşvili ambulator müayinə üçün evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top