Ukraynanın 35 yaşlı baş nazirindən qeyri-adi addım - VİDEO


Ukraynanın yeni baş naziri Aleksey Qonçaruk da prezident Vladimir Zelenski kimi digər məmurlardan fərqlənən addım atıb.

Yeniavaz.com xəbər verir ki, A. Qonçaruk ilk iş günündə hökumət binasında skuterlə gəlib.
Baş nazir bu barədə sosial şəbəkədə video paylaşıb.
Qonçaruk məktəblilərə müraciət edərək bildirib ki, sentyabrın 1-də onlar məktəbə, o isə Ukrayna Nazirlər Kabinetində işə gedir.
Qeyd edək ki, Aleksey Qonçarukun 35 yaşı var. İxtisasca hüquqşünas olan gənc baş nazir bundan əvvəl Prezident aparatının rəhbər müavini vəzifəsində çalışıb.

 

 

DİGƏR XƏBƏRLƏR

Top