Şirvan-Salyan şossesində ağır qəza - Yaralılar var - FOTOLAR


Şirvan - Salyan şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, "QAZ 3110" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan iki nəfər yaralanıb. Onlardan birinə hadisə yerinə gələn təcili tibbi yardım maşınında ilkin tibbi yardım göstərilib. Digər yaralı isə Şirvan şəhər Xəstəxanasına çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top