Mingəçevirdə 3 dost oğurluq üstündə tutuldu - VİDEO


Sabirabadan gəlib Mingəçevirdə oğuq edən 3 dost tutulub.
Yeniavaz.com xəbər verir ki, 3 dost əlbir olub şəhərdə yerləşən mənzili qarət ediblər. Evə daxil olan oğru dəstəsi 7500 ABŞ dolları, 4500 avro və qızıl zinət əşyaları oğurlayıblar. Qənimətləri aralarında bölməyə macal tapsalarda Mingəçevir polisi onları çoxda uzaqa getməyə imkan verməyib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvələr məhkumluq həyatı yaşamış şəhər sakini Tehran Atakişiyev, Sabirabad rayon sakinləri Sərxan Quliyev Mingəçevir ərazisində, Mahmud Məmmədov isə Şirvan şəhər ərazisində saxlanılıb.
Saxlanılan Mingəçevir və Sabirabad sakinləri əməllərini etiraf ediblər. Polis əməkdaşları tərəfindən onların məzildən oğurladıqları pul və qızıl zinət əşyaları maddi sübüt kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top