Mingəçevirdə 2 yaşlı uşaq 3-cü mərtəbəsindən yıxılıb

Mingəçevirdə 3 mərtəbədən yıxılan uşaq sağ qalıb.

Yeniavaz.com xəbər verir ki, hadisə Az.DRES qəsəbəsi Yadigar Mənsurov küçəsi, 1 ünvanında baş verib.

Valideyin məsuliyyətsizliyinin qurbanı olan 2 yaşlı körpə 5 mərtəbəli binaın 3 mərtəbəsində pəncərənin setkası ilə birlikdə asfalt örtüyünün üzərinə düşüb. 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu hal-hazırda xəstəxanada qarın nahiyyəsindən əməliyyat olunub. Qonşular bildirir ki, ailə bu binada kirayədə yaşayır.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top