ABŞ-da atışma zamanı ölənlərin sayı 7 nəfərə çatıb - YENİLƏNİB


ABŞ-ın Texas ştatında silahlı insident zamanı ölənlərin sayı 7 nəfərə çatıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Odessa şəhər polisi məlumat yayıb.

ABŞ Daxili təhlükəsizlik naziri əvəzi Kevin Makalinan bildirib ki, hüquq-mühafizə orqanları aktiv araşdırma aparır, ancaq hələ cinayətin motivi barədə danışmağa hazır deyil.

***10:37

ABŞ-ın Texas ştatında yerləşən ticarət mərkəzi ətrafında silahlı insident olub.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.
ABŞ mətbuatının verdiyi məlumata görə, iki nəfər silahlı şəxs ticarət mərkəzi ətrafındakı insanlara atəş açıb. Daha sonra isə verilən məlumatda bildirilib ki, hadisəni iki nəfər yox, bir nəfər törədib.
Baş verən hadisə ilə bağlı ABŞ prezidenti Donald Tramp "Twitter"də açıqlama verib. Bildirib ki, ABŞ-ın Ədliyyə naziri ona məlumat verib. Prezident qeyd edib ki, baş verən hadisə ilə bağlı prosesləri diqqətdə saxlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top