"Qalatasaray" Falkao ilə razılaşıb


Türkiyənin "Qalatasaray" klubu növbəti transferini həyata keçirib. 

İstanbul təmsilçisi müəyyən müddətdir danışıq apardığı Radamel Falkao ilə razılıq əldə edib. 

33 yaşlı kolumbiyalı hücumçunun sentyabrın 1-də Türkiyəyə gələcəyi bildirilir. "Monako"dan transfer edilən forvard 3+1 şərtilə müqavilə imzalayacaq. 

Onun "sarı-qırmızılar"da qazancı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, R. Falkao "Mançester Yunayted", "Çelsi", "Portu", "Olimpiakos" və "Atletiko" kimi klubların da şərəfini qoruyub. //APA

DİGƏR XƏBƏRLƏR

Top