Deputatlar pulsuz məktəbli forması paylayacaq


Aztəminatlı ailələrin uşaqlarına deputatlar tərəfindən pulsuz məktəbli formaları paylanılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı sputnik.az-a "Bakı Tikiş Evi" ASC-nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov verib.

O, qeyd edib ki, artıq bəzi deputatların köməkçiləri BTE-ə bununla bağlı müraciət edərək məktəbli formaları alıb: "Hər il biz də məktəbli formalarının aztəminatlı ailələrə verilməsi üçün həmin ailələr tərəfindən müraciətlər daxil olurdu. Bu il Təhsil Nazirliyi aztəminatlı ailələrin övladları, internatlarda təhsil alan uşaqlar üçün 10 min məktəbli forması sifariş edib. Eyni zamanda bu il xeyli sayda deputat da öz seçildiyi ərazidəki aztəminatlı ailələrin uşaqlarına məktəbli forması almaq üçün bizə müraciət edib. Rayon İcra Hakimiyyətləri də öz ərazilərindəki aztəminatlı ailələrə yardım məqsədilə məktəbli formalarını pulsuz paylayacaq".

DİGƏR XƏBƏRLƏR

Top