![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2019/8/31/1/b58f0215-c636-46a0-8fcc-238b65007fa2/amil-hesenoglu.jpg)
Müğənni Amil Həsənoğlu beş il qeyri-rəsmi nikahda yaşadığını etiraf edib.
Yeniavaz.com axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda "5/5" verilişində deyib. O bildirib ki, övladı olduqdan sonra toy edib: "Toyu bu yaxınlarda etdim. Biz birlikdə yaşadıq, bir-birimizi tanıdıq, sonra evləndik. Toyumuz olanda uşağımız da var idi. Beş il qeyri-rəsmi nikahda yaşadıq. Tez evlənib-boşanırlar. Biz də onu gözümüzün qabağına gətirib, birlikdə yaşadıq. Ailəcanlıyam, niyə də mənə qız verməsinlər. Burada qeyri-adi və eyib heç nə yoxdur. Uşağıma sahib çıxmışam. Xanımım yanımdadır. Niyə məni qınamalıdırlar ki?".
Qeyd edək ki, Amilin 2018-ci ildə toyu olmuşdu.