Yağışlı hava qəzaya səbəb oldu


Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Tovuz-Böyük Qışlaq yolunun rayonun Aşağı Quşçu kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili ilə digər “VAZ 21011) markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki sürücü yüngül xəsarət alıb.

Hadisə zamanı hər iki avtomobilə ziyan dəyib.

Qəzaya səbəb havanın yağışlı olması olub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top