Pakistanda toydan qayıdan avtobus çaya düşdü – bir ailənin 24 üzvü öldü


Pakistanda  toy mərasimindən qayıdan avtobus körpünün çökməsi nəticəsində çaya düşüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pakistanın Kohistan əyalətindəki Kandiya çayının üzərində yerləşən körpüdə baş verib.
İlkin məlumatlara görə, 31 sərnişin daşıyan avtobusda bir ailənin 24 üzvü olub.
Axtarış-xilasetmə işçiləri onlardan 11-nin cəsədini tapıb, digərlərinin axtarışları davam etdirilir.
Bildirilir ki, yararsız vəziyyətdə olan körpü avtobusun ağırlığına tab gətimədiyi üçün çöküb.

DİGƏR XƏBƏRLƏR

Top