Miqren ağrılarına ÇARƏ - Bu qidalardan mütləq istifadə edin


Günümzdə insanlar miqren ağrılarından əziyyət çəkirlər. Bu xəstəliyə qadınlara nisbətən kişilərdə daha az rast gəlinir. Hər 4 qadından birində miqren olur. Miqren ağrıları o qədər kəskin olur ki, hətta günlərlə davam edir. Kəskin olan ağrıların tam olaraq müalicəsi olmasa da, həkimlər bu ağrıları azaltmaq üçün pasientlərə dərman-preparatları ilə müalicə yazırlar. Lakin dərman qəbul etməyən pasientlər ağrıları təbii üsulla azalda bilərlər.
Yeniavaz.com miqren ağrılarını azaldan təbii qidaları təqdim edir:
Qəhvə
Qəhvənin tərkibində olan kafein miqren ağrılarını azaldır. Ağrıların başlanmasını hiss etdiyiniz an 1-2 fincan qəhvə içməkdə fayda var.
Alma sirkəsi
Alma sirkəsi sümük ağrılarını azaldır, qan təziqini normaya salır və eyni zamanda miqren ağrılarına müsbət təsir göstərir. 1 stəkan suya 1 xörək qaşığı təbii alma sirkəsi əlavə edib qarışdırın və bu qarışımı gün ərzində için. Tez bir zamanda ağrıların tədricən azaldığını hiss edəcəksiniz.
Nanə
Nanə əsəbləri sakitləşdirdiyi kimi miqren ağrılarını da yüngülləşdirir. Hətta mütəxəssislər bal və nanə qarışımını çayla birlikdə içməyi tövsiyyə edirlər.
Bibər
Bibər qan dövranını yaxşılaşdırır. Buna görə miqren ağrısının əsas müalicələrindən biridir. Bundan əlavə, bibərdə ağrıları aradan qaldıran maddə də var. Bir stəkan isti suya bir çay qaşığı acı bibər əlavə edin və yaxşı qarışdırın. Daha sonra isə için. Bu ağrılarınızı tamamilə aradan qaldıracaq.

DİGƏR XƏBƏRLƏR

Top