Ermənilər Qubadlının Xanlıq kəndində yeni qəsəbə salıblar - FOTO

“Azərkosmos” ASC Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə bu il avqustun 29-da əldə olunmuş təsvirini yayımlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-dən bildirilib.

Qeyd edək ki, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, vaxtilə təbiət abidəsi kimi qorunan 20 min hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalçıları tərəfindən məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top