
Misir Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Yeniava.com AFFA-ya istinadən xəbər verir ki, qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq. Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.