Azərbaycanlıların olduğu maşın erməniləri daşıyan avtobusla toqquşdu - YENİLƏNİB


Gürcüstanın Qardabani rayonunun Teleti kəndi yaxınlığında Ermənistan vətəndaşlarının daşıyan mikroavtobus Azərbaycan vətəndaşlarının olduğu minik maşını ilə toqquşub. Qəza zamanı minik maşınında olan iki Azərbaycan vətəndaşından biri yaralanıb. Qəza zamanı ümumilikdə 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan 8-i Yeni Xəstəxanaya, 3-ü Müqəddəs Yoahim və Anna Xəstəxanasına, 2-si İnqorokva Klinikasına, 4-ü Pineoya , digər 3 nəfər isə Təcili Cərrahiyyə və Travmatologiyaya xəstəxanasına köçürülüb.
Yaralananlardan 17 nəfəri Ermənistan vətəndaşı, ikisi Gürcüstan, biri isə Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, qəza zamanı iki Ermənistan vətəndaşı ölüb.

14:34***
Yerevan-Batumi istiqamətində hərəkət edən kiçik sərnişin avtobusu Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında gecə 02:00-03:00 radələrində qəzaya uğrayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan məlumat yayıb.

“İlkin məlumatlara görə, iki Ermənistan vətəndaşı ölüb.

Digər sərnişinlər müxtəlif xəsarətlərlə Tbilisi xəstəxanalarına yerləşdiriliblər”, - A. Naqdalyan deyib.(APA)

DİGƏR XƏBƏRLƏR

Top