Biznesmenin oğlu gəlin gətirməyə tankla getdi - VİDEO


İngiltərənin Bolton şəhərində Caz Congir adlı şəxs öz toyunun keçirildiyi şadlıq sarayına tankın üstündə gəlib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan əsilli C. Congirin bu hərəkəti bəzilərini şoka salıb, bir çoxlarını isə əyləndirib. "Qız evi"nə tankın üstündə nağaraçı ilə birgə rəqs edərək gələn C. Congir evdəkiləri şoka salıb. "Lamborghini" və "Ferrari" kimi məşhur markalı avtomobillərin də olduğu toy kortecində sadə vətəndaşların da ən çox diqqətini cəlb edən tank olub.
Bu hadisə İngiltərə ilə yanaşı dünya mətbuatında da geniş marağa səbəb olub. Həmin anlar isə toya dəvət olunanlar tərəfindən lentə alınıb.
Qeyd edək ki, C. Congirin atası İngiltərədə məşhur restoranlar şəbəkəsinin sahibidir.

DİGƏR XƏBƏRLƏR

Top