
Hindistanda kimya zavodunda baş verən partlayış nəticəsində 6 nəfər ölüb.
Yeniavaz.com “TASS” agentliyinə istinadən xəbər verir ki, hadisə Hindistanın Maharaştra əyalətində baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 43 nəfər yaralanıb.
Partlayışın səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma davam etdirilir.