
Türkiyədə xanımların da qarışdığı kütləvi dava baş verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda bilinməyən səbəbdən başlayan kütləvi dava uzun müddət davam edib. Təxminən 10 nəfərin daxil olduğu davaya qadınlar da qoşulub. Saçlarından tutaraq-bir-birini yerdə sürütləyən xanımların görüntüsü hadisə şahidləri tərəfindən lentə alınıb. Bir nəfərin yaralandığı dava polisin gəlməsi ilə sona yetib.