ABŞ-da “Dorian” qasırğası "çox təhlükəli" dərəcəyə çatıb - VİDEO


ABŞ-ın Milli Qasırğa İzləmə Mərkəzindən verilən məlumata görə Atlantik okeanından gələn “Dorian” qasırğası dördüncü dərəcəyə çatıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər veriri ki, "çox təhlükəli" hesab olunan dördüncü dərəcədəki “Dorian” qasırğasının episentrdə sürəti saatda 215 kilometrdir. “Dorian” Florida ştatındakı Vest Palm Biç-dən təxminən 925 kilometr məsafədədir və saatda 17 kilometr sürətlə hərəkət edir.
Qasırğa ilə əlaqədər bir çox şəhərlərdə fövqəladə vəziyyət elan edilib  və ən azı 7 günlük qida tədarükü görülməsi təklif olunub. Binaları qasırğanın güclü təsirindən qorumaq istəyən sakinlər, binanın ətrafını qum torbaları ilə əhatə ediblər.
ABŞ prezidenti Donald Tramp, “Dorian”ın ölkə tarixində ən böyük qasırğalardan biri olduğunu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top