Bakı-Moskva təyyarəsi təcili eniş etdi - Sərnişin xəstəxanaya yerləşdirildi


Bakı-Moskva aviareysi ilə uçan təyyarə şənbə günü Rusiyanın Volqoqrad şəhərində təcili eniş edib.

Buna səbəb kimi həmin təyyarə ilə uçan 60 yaşlı qadının özünü pis hiss etməsi göstərilir.

Layner Volqoqrad aeroportuna eniş etikdən sonra qadın sərnişin xəstəxanaya yerləşdirilib. Bakı-Moskva reysini həyata keçirən təyyarə hələ də Volqoqraddadır və uçuşu gözləyir.

Qeyd edək ki, bu gün Krasnoyarsk-Simferopol və Qroznı-Vnukovo reysləri üzrə hərəkət edən təyyarələr də Volqoqrad hava limanına məcburi eniş edib. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top