Tramp dövlətə məxsus məxfi sənədi "Twitter"dən paylaşdı - FOTO


ABŞ prezidenti Donald Tramp "Twitter" hesabından İrana aid raketin partladığı anların fotosunu paylaşıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, peykdən çəkilən şəkil İranda raket sınağı zamanı baş verən partlayışa aiddir. Tram şəklin altına bu sözləri yazıb: "ABŞ-ın faciəvi qəza ilə heç bir əlaqəsi yoxdur. Yaşananları dəqiqləşdirmələrini arzu edirəm. Sizə uğurlar". ABŞ-ın Müdafiə Nazirliyi rəsmisi həmin fotonun peykdən çəkildiyini bildirib. Nüvə silahları mütəxəssisi Cefrey Levis isə belə bir tvitin atılmasının təəccüblü qərar olduğunu söyləyib: "ABŞ-ın belə bir partlayışla əlaqəsi ola bilməz. Ancaq Trampın belə mənaya gələn sözləri olduqca pis fikirdir".

DİGƏR XƏBƏRLƏR

Top