Azərbaycanda daha bir dəhşətli qəza, ölənlər var - FOTOLAR


Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, "VAZ 2107" markalı minik maşını əvvəlcə "KamAZ" markalı yük maşınına, daha sonra isə yaxınlıqdakı bağçanın hasarına çırpılıb. "VAZ 2107" markalı avtomobili 1988-ci il təvəllüdlü Qanbayev Anar Fərrux oğlu idarə edirmiş. Qəza nəticəsində avtomobilin sürücüsü və bir sərnişin dünyasını dəyişib. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi deyilir.
Hadisə Hacıqabul şəhərinin girişində qeydə alınıb.
Avtoqəza ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top